Bu gün Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turu start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk olaraq A qrupunda iki duel reallaşacaq.
1/8 final mərhələsinə vəsiqəni təmin edən Almaniya millisi İsveçrəni sınağa çəkəcək.
Şotlandiya isə Macarıstanla üz-üzə gələcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
23 iyul
AÇ-2024
A qrupu
23:00. İsveçrə - Almaniya
Baş hakim: Daniele Orsato (İtaliya)
Frankfurt, "Valdştadion".
23:00. Şotlandiya - Macarıstan
Baş hakim: Fakundo Telyo (Argentina)
Ştutqart, "MHP Arena" stadionu.
Xal durumu: Almaniya - 6, İsveçrə - 4, Şotlandiya - 1, Macarıstan - 0.