AZ

“Real”ın kapitanı kim olacaq?

“Real” mərkəz müdafiəçisi Naço Fernandes klubdan ayrıldıqdan sonra yarımmüdafiəçi Luka Modriç komandanın yeni kapitanı olacaq. Matc.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Migel Anhel Dias məlumat paylaşıb. Bildirilir ki, sağ cinah müdafiəçisi Daniel Karvahal Madrid klubunun vitse-kapitanı olacaq. Üçüncü seçim isə müdafiəçi Lukas Vaskesdir. Xatırladaq ki, daha əvvəl mətbuatda 34 yaşlı futbolçunun bu yay “Real”dan ayrılacağı ilə bağlı məlumat yayılmışdı. Naçonun xidmətində Səudiyyə Ərəbistanı ilə yanaşı, MLS klublarının da maraqlı olduğu vurğulanıb. Xüsusilə də “Əl-Nəsr” və “Əl-Qədsiyyə” futbolçunu transfer etmək istəyir.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
matc.az

1Mənbələr