AZ

"Husilər" 2 nəhəng gəmini raketlə VURDU

Yəməndə İranın dəstəklədiyi "Husilər" Fələstin xalqını dəstəkləmək, ABŞ və Böyük Britaniyanın Yəmənə hücumlarına növbəti dəfə cavab verib.

Belə ki, onlar Qırmızı dəniz və Oman dənizində ballistik və qanadlı raketlərlə ABŞ-nin gəmisinə hücum ediblər. 

"Cebhe.info" xəbər verir ki, "Husilər"in hərbi sözçüsü Yəhya Səri televiziyada yayımlanan çıxışında Fələstin xalqına dəstək olmaq, ABŞ və İngiltərənin Yəmənə qarşı hücumlarına cavab vermək üçün Qırmızı dəniz və Oman dənizində iki hərbi əməliyyat təşkil etdiklərini bildirib. Seri qeyd edib ki, ilk əməliyyatda “Transworld navigator” adlı gəmi Ərəb dənizində ballistik raketlərlə hədəfə alınıb.

Seri sözügedən gəminin sahibi olan şirkətin “işğal altındakı Fələstin limanlarına giriş qadağasını” ("Husilər"in elan etdiyi qadağa) pozduğu üçün hədəfə alındığını bildirib.  Eyni zamanda, ABŞ-nin“Eisenhower” təyyarədaşıyan gəmisinin də Qırmızı dənizdə ballistik və qanadlı raketlərlə hədəf alındığını deyib.

Qəzzada müharibə bitənə və blokada qaldırılana qədər “hərbi əməliyyatları” davam etdirəcəklərini qeyd edən Seri ABŞ və İngiltərənin hücumlarına cavab olaraq Qırmızı dəniz və Oman Dənizində düşmənin xarici hərbi gəmilərini hədəfə almaqdan çəkinməyəcəklərini deyib. "Husilər" tərəfindən verilən əvvəlki açıqlamada ABŞ və İngiltərənin qərbindəki Hudeydə əyalətinə 4 hava hücumu təşkil etdiyi açıqlanmışdı. 

Qeys edək ki, Yəməndə İranın dəstəklədiyi "Husilər", İsrailin Qəzzaya hücumlarına reaksiya səbəbilə 31 oktyabr 2023-cü ildən bəri Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqlarını söylədikləri ticarət gəmilərini ələ keçirir. 

Bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum edirlər. "Husilər"in hərəkətləri səbəbindən bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə "Husi" qüvvələrinə qarşı "Rəfahın Mühafizəçisi" adlı çoxmillətli "dəniz işçi qrupu" yaradıldığını açıqlayıb. ABŞ və İngiltərənin Yəməndə nəzarət etdikləri bölgələrə hücumlarından sonra "Husilər" bu ölkələrin bütün gəmilərini hədəf alacaqlarını bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
cebheinfo.az

1Mənbələr