AZ

Ərdoğanın kritik görüşləri: Şuşa səfəri də var

Prezident Rəcəb Tayyib Ərdoğanın gərgin diplomatik danışıqları iyulda davam edəcək.

"Cebhe.info" xəbər verir ki, Prezident Ərdoğanın iyulda ilk dayanacağı Türkiyənin "dialoq tərəfdaşı" olaraq təmsil olunduğu Qazaxıstanın paytaxtı Astanada iyulun 3-4-də keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısı olacaq.

ŞƏT Zirvə toplantısında Ərdoğanın üzv ölkələrlə məsləhətləşmələrlə yanaşı, Rusiya Prezidenti Putinlə də ən kritik görüşlərdən birini keçirəcəyi gözlənilir.

Ərdoğan-Putin sammitində ikitərəfli və regional məsələlərin müzakirə ediləcəyi gözlənilsə də, İsrailin Qəzzaya hücumları və Ukrayna ilə davam edən müharibə iki liderin gündəminin ən mühüm bəndləri olacaq.

Ərdoğanın ikinci dayanacağı Şuşa olacaq. Prezident  iyulun 5-6-da Qarabağın Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək. Bu sammitdə türk dünyası ilə bağlı strateji məsələlər müzakirə olunacaq. O, səfər çərçivəsində ev sahibi Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, sammitdə iştirak edən digər liderlərlə də görüşəcək.

Ərdoğanın iyulda üçüncü dayanacağı ABŞ-nin paytaxtı Vaşinqton olacaq. Ərdoğan 9-11 iyul tarixlərində NATO Liderlər Zirvəsi üçün Vaşinqtona gedəcəyi, başda ABŞ Prezidenti Cozef Bayden olmaqla müxtəlif görüşlər keçirəcəyi gözlənilir. NATO Liderlər Zirvə toplantısında İsrailin Qəzzaya hücumları və Rusiya-Ukrayna müharibəsi əsas gündəm mövzuları olacaq.

Ərdoğan ABŞ-dən qayıtdıqdan sonra iyulun 20-də Kipr Sülh Əməliyyatının 50-ci ildönümü üçün KKTC-yə gedəcək. Prezident Ərdoğan burada hərbi parada qatılacaq və KKTC Parlamentində çıxış edəcək. Proqrama CHP sədri Özgür Özəli də dəvət edən Ərdoğan səfəri zamanı Kiprlə bağlı aktual hadisələri də dəyərləndirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
cebheinfo.az

1Mənbələr