AZ

AÇ-2024-də 10-cu gün: Almaniya İsveçrə tilsimini qıra biləcəkmi? - YENİLƏNİR

Yetərincə maraqlı oyunlara və rəngarəng görüntülərə səhnə olan AÇ-2024 tam sürətlə davam edir.

"Football-plus.az" xəbər verir ki, bugünkü qarşılaşmalarla 3-cü tura start veriləcək.

23 iyun
A qrupu
İsveçrə - Almaniya

Hakim: Daniele Orsato (İtaliya)
Cəzalı: yoxdu
Stadion: “Doyçe Bank Park” (Frankfurt)
Əvvəlki oyunlarının balansı: +9=8-36

Şotlandiya – Macarıstan
Hakim: Fakundo Telyo (Argentina)
Cəzalı: Porteus/yoxdu
Stadion: “MHP Arena” (Ştutqart)
Əvvəlki oyunlarının balansı: +3=2-4

Bundestim hələ ki ümidləri artıqlamasıyla doğruldur. Yulian Naqelsmannın komandası həm baxımlı oynayır, həm də inamlı qələbələr qazanır. Artıq pley-offu təmin edən Almaniya qrupda son addımı atmalıdı. İsveçrə 2 oyuna 4 xal toplayıb və hələ də liderlik ümidləri davam edir. Bu baxımdan almanlar üçün oyun asan gəzinti olmayacaq. Bu qrupun lideri 1/8 finalda C qrupunu 2-ci pillədə tamamlayan komanda ilə qarşılaşacaq. Amma qrupu 2-ci tamamlayan kollektiv B qrupunun ikincisi ilə, yəni böyük ehtimalla İtaliya ilə oynayacaq. Ona görə də bundestim işini çətinə salmamaq üçün İsveçrəyə ən azı uduzmamalıdı.

Maraqlıdı ki, Almaniya son 3 oyunda bu rəqibi məğlub edə bilməyib. 2020-ci ildə Millətlər Liqası çərçivəsindəki hər iki oyun heç-heçə (1:1, 3:3) başa çatıbsa, 2012-nin mayında Bazeldə keçirilən yoldaşlıq oyununda İsveçrə 5:3 hesabı ilə üstün olub! Qrupun digər oyununda Şotlandiya ilə Macarıstan tarixdə ilk dəfə rəsmi oyunda üz-üzə gələcək. Şotlandların hələ də qrupu 2-ci pillədə tamamlamaq şansı var.

Almaniya – 6, İsveçrə - 4, Şotlandiya – 1, Macarıstan – 0.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
1
football-plus.az

2Mənbələr