AZ

Kolumbiya prezidenti Petro: Fələstin ölürsə, bəşəriyyət də ölür

İsrailin Boqotadakı səfiri Qali Daqan sosial media hesabında paylaşdığı videoda "Çox sağ olun, Kolumbiya. Bizə çox mehriban oldunuz. Qardaş ölkələrimiz və xalqlarımız arasında dostluq üçün iki il yorulmadan çalışdınız. .Mən artıq sənin üçün darıxmağa başlamışam." deyib.

Yerli mətbuatın məlumatına görə, Kolumbiyanın Təl-Əvivdəki səfiri Marqarita Manjarrez də iyunun sonuna kimi İsraildəki diplomatik missiyasını başa vuracaq.

                                              Kolumbiya prezidenti Petro israil ilə diplomatik əlaqələrin kəsiləcəyini açıqlamışdı

Kolumbiya prezidenti Qustavo Petro mayın 1-də verdiyi açıqlamada Qəzzada Fələstin xalqına qarşı davam edən hücumlara görə İsraillə diplomatik əlaqələrin kəsiləcəyini açıqlayıb.

İsrailin Qəzzada soyqırım törətdiyini vurğulayan Petro, "Bu gün küçələrə çıxan bütün bəşəriyyət bizimlə həmfikirdir; biz soyqırım dövrünə qayıda bilmərik. Biz dayanıb insanlığın gözü qarşısında bütöv bir xalqın məhv edilməsini seyr edə bilmərik. Fələstin ölürsə, bəşəriyyət də ölür”. ifadəsini işlətdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
hurriyyet.az

1Mənbələr