AZ

Ukrayna Rusiya ərazisinə ATACMS raketləri ilə hücum etmək istəyir

Ukrayna Rusiya Federasiyası daxilindəki hədəflərə qarşı ATACMS raketlərindən istifadə etmək üçün icazə istəyir

Ukrayna rəsmiləri Amerika administrasiyasını Rusiya ərazisində 100 km dərinliyə qədər olan konkret hədəflərə zərbə endirmək üçün ATACMS raketlərinin istifadəsinə icazə verməyə inandırmağa ümid edirlər, Associated Press (AP) xəbər verir.

Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernyayev deyib ki, biz hələ də, məsələn, aerodromlara və onların (Rusiya - İF) təyyarələrinə zərbələr endirə bilmirik.

O əlavə edib: “Buna görə də biz Rusiya ərazisində məhdud hərbi hədəflərə qarşı uzaqmənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını xahiş edirik”.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan bu həftə PBS-ə bildirib ki, Ukrayna ilə razılaşma ABŞ silahlarının "rus qoşunlarının əlavə Ukrayna ərazisini ələ keçirməyə cəhd etmək üçün Rusiya tərəfində sərhədi keçdiyi istənilən yerə" zərbə endirmək üçün istifadə etməyə icazə verir.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
oxumeni.az

1Mənbələr