AZ

Həcc ziyarətində ölənlərin sayı 1000-i keçdi

Havanın temperaturunun 52 dərəcəyə çatdığı Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 1000-i keçib.

Publika.az xəbər verir ki, ölümlərin çoxu gün vurma və isti vurma nəticəsində baş verib. Həmçinin ürək-damar xəstəlikləri və infeksiya ilə bağlı xəstəliklər də əsas ölüm səbəbi olaraq göstərilir.

Həcc ziyarəti zamanı itkin düşənlər də var. Məlumata görə, çoxlu sayda insan yaxınlarını tapmaq üçün Səudiyyə Ərəbistanına axın edir.

1400 misirlinin yaxınlarının itkin düşdüyü ilə bağlı şikayət ərizəsi verdiyi bildirilir.

Ölənlər arasında 23 Türkiyə vətəndaşı da var.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar arasında ölüm faktı qeydə alınmadığını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
7
publika.az

8Mənbələr