AZ

Danilo: “Real”da oynayanda futbolu tərk etmək istəyirdim”

Hazırda “Yuventus”da çıxış edən Danilo “Real”dakı debüt mövsümündə İspaniya klubuna uyğunlaşmasının çətinliyini xatırlayıb.

Arena.az braziliyalı futbolçunun bu barədə xatirəsini təqidim edir:

“Real”dakı ilk mövsümümdə düşkünlükdə idim. Özümü itirirdim və gərəksiz hiss edirdim. Meydanda beş metr keçə bilmirdim. Meydandan kənarda sanki hərəkət edə bilmirdim. Futbola həvəsim itmişdi, çıxış yolu isə görmürdüm. Evə – Braziliyaya getmək və bir daha futbol oynamamaq istəyirdim. Gündəliyimə yazmışdım: “Düşünürəm ki, futbolu tərk etməyin vaxtıdır”. Onda 24 yaşım vardı”, deyə Danilo xatırlayıb.

Xatırladaq ki, tam adı Danilo Luis da Silva olan braziliyalı futbolçu 2015-2017-ci illər aralığında “Real”da çıxış edib. O, bu müddət ərzində Madrid təmsilçisinin heyətində 56 oyuna çıxıb, 3 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.

2017-ci ilin iyulunda “Real” Danilonu 30 milyon avro qarşılığında İngiltərə nəhəngi “Mançester Siti”yə satıb. 2019-cu ilin avqust ayında isə braziliyalı futbolçu “Mançester Siti”dən 37 milyon avro qarşılığında “Yuventus”a gəlib. Sağ cinah müdafiəçisinin bu klubla 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Braziliyalı müdafiəçi geridə qalmış 2023/2024 mövsümündə Turin klubunun heyətində bütün yarışlar çərçivəsində 34 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb. Braziliyalı futbolçu “Yuventus”da indiyə qədər bütövlükdə 197 oyun keçirib, 9 qol vurub və 13 məhsuldar ötürmə müəllifi olub.

Müdafiəçi “Amerika Mineyro”, “Santos”, “Portu”, “Real” (Madrid) və “Mançester Siti”də oynayıb. O, Braziliya milli komandasında da 57 oyuna çıxıb, 1 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
arena.az

1Mənbələr