AZ

Taksi sürücüləri üçün yenilik - “SOS” düyməsi tətbiq edilir

Türkiyənin İstanbul şəhərində taksi sürücülərinə qarşı hücumların artması ilə bağlı təhlükə xəbərdarlığı düymələrinin tətbiqinə başlanılıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki,

İstanbul Böyükşəhər Bələdiyyəsi Nəqliyyat Koordinasiya Mərkəzinin iclasında müzakirə edilən “Taksi daşımalarında istifadə edilən “Tepe Lambası” (nəqliyyat vasitəsinin damında quraşdırlan xüsusi bildiriş tablosunda “SOS” yazılacaq) tənzimlənməsi təklifi” qəbul edilib.

Yalnız sürücülərin biləcəyi xüsusi düymə vasitəsilə hadisə yerinə operativ şəkildə yaxınlıqda xidmət aparan polis və ya jandarma qüvvələri, eləcə də bələdiyyə əməkdaşları gələcək.

İstanbul'da

Sərnişin tərəfindən hər hansı təcavüz, təhdid və ya soyğunçuluğa cəhd olarsa, sürücü “SOS” düyməsindən istifadə edəcək.

Təhlükə siqnalı avtomobilin damında quraşdırılmış taksi lövhəsində də görünəcək.

Yaxın zamanlarda təhlükə xəbərdarlığı sisteminin İstanbulun bütün taksilərində tətbiq ediləcəyi gözlənilir.

 

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
avtosfer.az

1Mənbələr