AZ

Leysan yağışları Şimal-Qərb bölgəsində ciddi fəsadlar yaratdı - FOTO

Gecə saatlarından başlayan güclü külək, leysan yağışları Balakən rayonundan başlayaraq  Zaqatala, Qax və Şəkidə ciddi fəsadlar yaradıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təbii fəlakət daha çox adıçəkilən rayonların dağlıq və dağətəyi yaşayış məntəqələrində özünü biruzə verib. 

Təbii fəlakət Balakən şəhəri daxil ətraf yaşayış məntəqələrinə xeyli ziyan vurub. Əsasən dolu yağan ərazilərdə şəxsi təsərrüfatlara ziyan dəydiyi bildirilir. Bununla yanaşı, güclü külək nəticəsində Balakən şəhəri və yaxın kəndlərdə ağacların aşdığı, elektrik naqillərini və rabitə xətlərini zədələdiyi bildirilir. 

Qonşu Zaqatalanın Makov, Muğanlı, Lahıc kəndləri istiqamətində müşahidə edilən təbii fəlakət nəticəsində iri gövdəli ağaclar aşıb, elektrik və rabitə naqillərini zədələyib. Bu səbəbdən də Muğanlı, Makov və Lahıc kəndləri istiqamətində avtomobillərin hərəkətində çətinlik yaranıb. Dolu daha çox rayonun Yeni Suvagil kəndinə yağıb. Nəticədə kənd sakinlərinin meyvə ağaclarına, bostan-tərəvəz məhsullarına ciddi ziyan dəyib.

Leysan yağışları və külək Qax şəhəri daxil, Ləkit, Zərnə, Şəkinin Baş Göynük, Baş Layisqı, Zunud və İncə kəndlərində də təsərrüfatlara xeyli ziyan vurub. 

Külək və leysan yağışlarının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
35
bizim.media

10Mənbələr