Müğənni Mina Hüseyn “Sonsuzadək” adlı yeni mahnısına çəkdirdiyi klipini təqdim edib.
Publika.az xəbər verir ki, söz və musiqisi Elnur Novruzova aid olan mahnıya müğənni xeyli xərc çəkdiyini açıqlayıb:
“Xaricdə bir sıra klip çəkdirmişəm. Hər birinə də xeyli pul xərcləmişəm. Bütün komandamı özümlə aparıb fərqli işlər görməyə çalışmışam.
Avropada da klip çəkdirmək istəyirdim. Bir sıra adlı-sanlı müğənnilərimizin Avropada çəkdirdiyi kliplər var. Baxanda adam utanır. Telefonu alıblar əllərinə prodüserlərinə klip çəkdiriblər. Montajda bir təhər nəsə ərsəyə gətirib, klip adı ilə təqdim ediblər.