Bakının Nizami rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qara Qarayev prospektində avtomobil yolu keçən 1948-ci il təvəllüdlü Məmmədova Şəfiqə Həsən qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
“Report”