Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Portuqaliya ilə oyundan sonra mətbuat konfransında Arda Gülərin matça ehtiyatdan başlaması barədə danışıb.

Offsideplus.az xəbər verir ki, I turda Gürcüstanla oyunun ən yaxşılarından olan gənc yarımmüdafiəçi portuqallara qarşı oyunda meydana 70-ci dəqiqədə çıxıb. Montella Arda Gülər qərarı barədə bu sözləri deyib:

"Arda məsələsində həqiqətən üzgünəm. Arda çox yorğun idi və zədələnməsi ehtimalı vardı. Hətta oyunda ümumiyyətlə iştirak etməməsini düşünürdüm. Bəlkə bir qol vura bildik fikri ilə onu oyuna daxil etdim".

Qeyd edək ki, Türkiyə yığması 0:3 hesabla Portuqaliyaya uduzub.