AZ

PSJ-nin təklifini rədd etdi, “Real” hərəkətə keçdi

“Lill”in müdafiəçisi Leni Yoro futbolda gənc istedadlardan biridir və “Real” onun transferində maraqlıdır. Matc.az xəbər verir ki, İspaniya paytaxtından gələn xəbərlərə görə, Madrid klubu tezliklə onu almaq üçün ciddi addımlar atacaq. 18 yaşlı Yoro bu yaxınlarda PSJ ilə danışıqlar aparırdı və yaxşı getdiyi düşünülürdü, lakin gənc futbolçu Paris klubunun təklifini rədd edib. Gənc istedadla iki ingilis nəhəngi - “Mançester Yunayted” və “Liverpul” da yaxından maraqlanır. Bu, “Real” daha tez hərəkətə keçməyə məcbur edir. Madridlilər yaxın vaxtlarda Yoronun transferini rəsmiləşdirmək niyyətindədir, futbolçunun karyerasını davam etdirməsi üçün də İspaniyanın paytaxtı daha əlverişlidir. Bununla belə, “Real” transferdə 40 milyon avronu keçmək istəmir. Belə olduğu halda, 60 milyon avro tələb edən “Lill”i razı salmalı olacaqlar.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
matc.az

1Mənbələr