Bakı. Trend:
Bu gün AVRO-2024-ün qrup mərhələsində II tura yekun vurulub.
Trend İdman.biz-əistinadən xəbər verir ki, günün son matçı Kölndə keçirilib.
Çempionata gözlənilməz məğlubiyyətlə başlayan Belçika Rumıniyailə üz-üzə gəlib. "Qırmızı iblislər" ilk turdakı uğursuzluğuntəsadüfi olduğunu sübuta yetiriblər. Onlar rumınların qapısından 2cavabsız top keçiriblər.
Qeyd edək ki, qrupda III turun görüşləri iyunun 26-dakeçiriləcək.
AVRO-2024
Qrup mərhələsi, II tur
22 iyun, E qrupu
23:00. Belçika - Rumıniya - 2:0
Qollar: Yuri Tilemans, 2. Kevin De Bruyne, 80
Baş hakim: Şimon Marçinyak (Polşa) KölnŞtadium