AZ

Co Hart: “Mixaylo Mudrik böyük istedada malikdir”

“Seltik”in sabiq qapıçısı Co Hart “Çelsi”nin və Ukrayna millisinin yarımmüdafiəçisi Mixaylo Mudrikin çıxışından danışıb.

Arena.az bu yay futbolçu karyerasını başa vurmağa qərar vermiş ingilis qapıçının bu barədə fikirlərini təqdim edir:

“Mudrikin böyük istedadı var. “Şaxtyor”da olarkən ona qarşı oynamışam. Düzünü desəm, olduqca ortabab komanda idi, amma ondan elə bir təhlükə saçırdı ki…

Mudrik Premyer Liqaya imza atanda çox sevindim. Hələ gəncdir. Bu günlərdə “Çelsi”də parlamaq asan deyil. Komanda özlərinə gələndə o, əsas vingerlərdən birinə çevrilərsə, Mudrikin nə edə biləcəyini görməkdən şad olacağam”, deyə Co Hart bildirib.

Xatırladaq ki, Mixaylo Mudrik Donetsk “Şaxtyor”unun yetirməsidir. Ukraynalı vinger karyerası ərzində Kiyev “Arsenal”ı və “Desna”da icarə əsasında oynayıb, 2023-cü ilin yanvarında isə 70 milyon avro müqabilində “Şaxtyor”dan “Çelsi”yə keçib.

Geridə qalmış 2023/2024 mövsümündə Mudrik “zadəganlar”ın heyətində 41 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib. O, paytaxt təmsilçisində bütövlükdə 58 matça çıxıb, 7 qol və 4 assistlə yadda qalıb.

Mudirikin qənimətlər muzeyində “Şaxtyor”la qazandığı Ukrayna çempionluğu və Ukrayna Kuboku var.

Mixaylo Mudrik 2022-ci ilin iyununda debüt etdiyi Ukrayna yığmasının heyətində 23 oyuna 2 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı ukraynalı vingerin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
arena.az

1Mənbələr