AZ

ABŞ-ın təyyarədaşıyan gəmisinə raketlərlə HÜCUM EDİLDİ

Üsyançı "Ənsar Allah" hərəkatı üzvləri Qırmızı dənizdə ABŞ-ın "Dwight Eisenhower" təyyarədaşıyan gəmisinə raket zərbələri endirib.

QAZÌLER.AZ  Publika.az -a istinadla xəbər verir ki, bu barədə Yəmənin husi ordusunun sözçüsü Yəhya Saria məlumat verib.

O bildirib ki, təyyarə gəmisi Qırmızı dənizin şimalında ballistik və qanadlı raketlərlə hücuma məruz qalıb.

“Əməliyyat öz məqsədlərinə uğurla çatdı”, - sözçü deyib.

Saria qeyd edib ki, üsyançı qüvvələr Ərəb dənizində "Transworld Navigator" yük daşıyan gəmisinə də hücum ediblər. Zərbələr ballistik raketlərlə endirilib. O qeyd edib ki, ticarət gəmisinə hücum “işğal olunmuş Fələstinin limanlarına keçidə qoyulan qadağanın pozulması” ilə əlaqədardır.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
qaziler.az

3Mənbələr