Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun sonuncu matçı başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, E qrupundakı Belçika - Rumıniya oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Qarşılaşmanı polşalı Şimon Marçinyak idarə edir.
Qeyd edək ki, Rumıniya ilk görüşdə Ukraynanı üç cavabsız qolla üstələyib. Belçika isə Slovakiyaya minumal hesabla uduzub - 0:1.
AVRO-2024 iyulun 14-də başa çatacaq.