AZ

Bəzi ərəb müsəlman ölkələrinə nə deyəsən?

Image

"Ermənistan Fələstini müstəqil dövlət kimi tanıyan anda Ermənistana mədhiyyə oxumaq üçün sıraya düzülüblər. Oman, İordaniya, İraq, Misir və s. Ermənistanı tərifləyirlər. Guya Ermənistanın dəstəyi bir anda Fələstinin bütün problemlərini həll edəcəkmiş...."

Bu fikirləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.  A.Quliyev daha sonra yazır:

"Azərbaycan müstəqil olandan Fələstinin müstəqil dövlətçilik hüququnu tanıyıb.3 il əvvəl  Fələstində hətta Azərbaycanın diplomatik nümayəndəliyi açıldı.O zaman bu böyük jestin qabağında ərəb müsəlman ölkələri belə canfəşanlıq etmədilər.İndi Paşinyanın qərarına görə "əldən- ayaqdan " gedirlər...
Ermənistan Qarabağda məscidlərə donuz ötürəndə səsləri çıxmırdı...
Ayıb...."

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
baki-xeber.com

1Mənbələr