AZ

Ronaldu Türkiyə ilə matçda meydana qaçan uşağın arzusunu yerinə yetirdi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında meydana azarkeş girib.

Hadisə matçın 82-ci dəqiqəsində baş verib.

Azyaşlı fanat ulduz hücumçu Kriştianu Ronalduya tərəf qaçıb və onunla şəkil çəkdirib.

Uşağın meydandan çıxarılmasından sonra qarşılaşma davam etdirilib.

Qeyd edək ki, Portuqaliya komandası Türkiyə millisini 3:0 hesabı ilə məğlub edib. Ronaldu oyunda məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: championat.com

Seçilən
133
6
hakimiyyet.az

8Mənbələr