AZ

Portuqaliya Türkiyə millisinə qalib gəldi, 1/8 finala yüksəldi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyun baş tutub.

Futbolinfo.az xəbər verir ki, F qrupunun 2-ci turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib.

Qarşılaşma “ay-ulduzlular”ın məğlubiyyəti ilə bitib – 0:3.

Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlmişdi.

Portuqaliya yığması xallarının sayını 6-ya çatdırıb və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi 3 xalla ikinci pillədə qərarlaşıb. Gürcüstan və Çexiyanın hərəyə 1 xalı var.

Daha öncə Almaniya və İspaniya da 1/8 finala yüksəlmişdi.

AÇ-2024
F qrupu

22 iyun

Türkiyə – Portuqaliya 0:3
Qollar: Bernardo Silva, 22. Samet Akaydın, 28-öz qapısına. Bruno Fernandes, 56.
Baş hakim: Feliks Svayer (Almaniya).
Dortmund. “Siqnal İduna Park” stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
50
futbolinfo.az

10Mənbələr