AZ

İsrail ordusu avtomobili hədəf aldı hücum nəticəsində 1 nəfər öldü

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail ordusu Bekaa şəhərində bir avtomobili hədəfə alıb.

Avtomobildə olan bir nəfər ölüb.

Hücumun necə həyata keçirildiyi və mərhumun kimliyi barədə məlumat verilməyib.

İsrail ordusundan verilən yazılı açıqlamada hücumun pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirildiyi bildirilib.

Hücumda hədəf alınan şəxsin “Həmas və Livandakı İcma İslamın rəhbəri Eyman Qatme” olduğu iddia edilib.Digər tərəfdən Hizbullah tərəfindən edilən açıqlamada İsrailin şimalında əsgərlərin istifadə etdiyi bir binanın "müvafiq silahlarla hədəf alınaraq birbaşa vurulduğu" ifadə edilib.

 İsrail hələlik məsələ ilə bağlı açıqlama verməyib.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
hurriyyet.az

1Mənbələr