AZ

AÇ-2024:Portuqaliya Türkiyəni uddu, Belçika Rumıniyaya qarşı- YENİLƏNİR

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün II turun görüşlərinə yekun vurulacaq. 

Günün ilk qarşılaşmasında Gürcüstan və Çexiya milliləri üz-üzə gəliblər. Turnirə məğlubiyyətlə başlayan komandaların duelində qalib müəyyənləşməyib. 

Qrupun digər oyunu Dortmund şəhərində Türkiyə millisi ilə Portuqaliya arasında baş tutub. Darmadağınla qalib gələn pireneylilər 1/8 finala vəsiqəni təmin ediblər. Türkiyə isə 3-cü turda Çexiya ilə matçda sərfəli nəticəyə ümid etməlidir.

Günə və ümumiyyətlə II tura Köln şəhərində yekun vurulacaq. Son qarşılaşmada E qrupunda yer alan Belçika və Rumıniya münasibətlərinə aydınlıq gətirəcək. 

AÇ-2024
22 iyun
II tur

F qrupu

Gürcüstan - Çexiya 1:1 
Qollar: Georgi Mikautadze, 45+4-pen. - Patrik Şik, 59.

Baş hakim: Daniel Zibert (Almaniya).
Hamburq. “Folksparkştadion”.

Türkiyə - Portuqaliya 0:3 
Qollar: Bernardu Silva, 21. Samet Akaydın, 28-öz qapısına. Bruno Fernandeş, 56.

Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund. "Siqnal İduna Park".

E qrupu

23:00. Belçika - Rumıniya
Baş hakim: Şimon Marçinyak (Polşa).
Köln. “Reyn Enerqi” stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
fanat.az

1Mənbələr