AZ

Ladislav Kreyçi “Jirona”da - Rəsmi

Çexiyanın “Sparta” (Praqa) klubunun mərkəz müdafəçisi Ladislav Kreyçi bundan sonra “Jirona”nın formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

25 yaşlı çexiyalı müdafiəçi ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb. “Jirona” bu keçidə görə 8 milyon avrosundan keçib.

Ladislav Kreyçi 2019-cu ildən “Sparta”da forma geyinirdi. O, Praqa klubunun heyətində 148 oyuna çıxıb, 31 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Zbroyovka Brno” klubunun da uğurları üçün çalışmış Kreyçi, Çexiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. 2022-ci ilin mart ayında Çexiyanın əsas millisində debüt etmiş Ladislav, yığmada 11 oyun keçirib, 3 qol vurub.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

“Jirona” iki futbolçusu ilə də müqavilənin müddətini artırıb. Söhbət qapıçı Xuan Karlos Martin Korral və mərkəz müdafiəçisi Xuan Pedro Ramires Lopesdən gedir. Hər iki futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb. Əvvəlki müqavilələrinin müddəti bu yay bitən futbolçular azı 2025-ci ilin 30 iyununa kimi “Jirona”da forma geyinəcəklər.

36 yaşlı Xuan Karlos 2019-cu ildən “Jirona”dadır. Təcrübəli qapıçı bu komandanın heyətində 124 oyuna çıxıb, 133 qol buraxıb, 41 “quru” matç keçirib. O, daha öncə “Luqo”, “Kordoba”, “Elçe”, “Rayo Valyekano” və “Herkules” kimi klublarda da forma geyinib.

Xuanpe kimi tanınmış ispan müdafiəçi isə 2016-cı ildən “Jirona”dadır. 33 yaşlı futbolçu bu komandada 246 oyuna 12 qol vurub, 7 assist müəllifi olub. O, “Rsinq”, “Valyadolid”, “Las Palmas” kimi klublarda da çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
arena.az

1Mənbələr