AZ

Ronaldo ən çox ardıcıl matç keçirərək Avropa rekordunu qırıb

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ardıcıl oyunların sayına görə Avropa çempionatının rekordunu təzələyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Stats Foot” portalı məlumat yayıb.

Ronaldo Avro 2024-ün qrup mərhələsinin 2-ci tur matçında Türkiyə millisinə qarşı komandasının start 11-də yer alıb. Bu görüş onun Avropa çempionatında ardıcıl 19-cu oyunu olub. Bundan əvvəlki rekord italiyalı müdafiəçi Leonardo Bonuççiyə məxsusdur.

Portuqaliyalı hücumçunun daha bir Avropa çempionatı rekordu var. O, tarixdə altı avroda oynamağı bacaran yeganə oyunçu oldu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
operativmm.az

1Mənbələr