AZ

Husilər ABŞ-nin aviadaşıyıcısına hücum etdi


Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husiləri Qırmızı dənizdə Amerikanın “Dwight Eisenhower” aviadaşıyan gəmisinə raket zərbəsi endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə husi ordusunun sözçüsü Yəhya Sariya “Al Masirah”a bildirib.
“Silahlı qüvvələrimizin raket qüvvələri Qırmızı dənizin şimalında ballistik və qanadlı raketlərdən istifadə etməklə Amerikanın “Eisenhower” aviadaşıyıcısına hücum edərək əməliyyat keçirib. Əməliyyat öz məqsədlərinə uğurla nail olub”, - hərəkatın sözçüsü bildirib.
Bundan əlavə, üsyançı qüvvələr Ərəb dənizində “Transworld Navigator” yük daşıyıcısına hücum ediblər. Saria iddia edir ki, zərbələr ballistik raketlərlə həyata keçirilib. Onun sözlərinə görə, kommersiya gəmisinə hücum “işğal olunmuş Fələstinin limanlarına keçidə qoyulan qadağanın pozulması” ilə əlaqədar olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
yeniavaz.com

1Mənbələr