AZ

Rusiyadan Serbiyanın üçüncü ölkələr vasitəsilə Ukraynaya silah tədarük etməsi xəbərinə reaksiya

Rusiyadan Serbiyanın üçüncü ölkələr vasitəsilə Ukraynaya silah tədarük etməsi xəbərinə reaksiya

Serbiyanın üçüncü ölkələr vasitəsilə Ukraynaya mümkün silah satışı ilə bağlı məlumatı yoxlamağa dəyər.AFN.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyir. Lenta.ru-ya açıqlamasında o, Serbiyanın üçüncü ölkələr vasitəsilə Ukraynaya silah tədarük etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.“Düşünürəm ki, bu cür məlumatlar hələ də əlavə yoxlamaya ehtiyac duyur. Serblər bilirsə hətta üçüncü ölkələr vasitəsilə də Ukraynaya silah gedir, bu, dostluq addımı kimi qəbul edilə bilməz. Hesab edirəm ki, Ukraynaya silah satmaq Serbiya hakimiyyətinin səhvidir, çünki münaqişəni bu yolla söndürmək olmaz. Serbiya Prezidenti Aleksandar Vuçiçin özü bu yaxınlarda dedi ki, üçüncü dünya müharibəsi yaxınlaşır və bu cür hərəkətlər yalnız onu sürətləndirə bilər”, - deyə Cabarov qeyd edib.Eyni zamanda siyasətçi belə mesajların qəsdən yayıla biləcəyini də etiraf edib: "Düşünürəm ki, yoxlamaq lazımdır, çünki Rusiya və Serbiyanı münaqişəyə sövq etmək üçün üçüncü dövlətlər tərəfindən məlumatlar bilərəkdən yerləşdirilə bilər"."Financial Times"ın məlumatına görə, Ukrayna üçüncü ölkələr vasitəsilə Serbiyadan 800 milyon avro dəyərində silah alıb. Nəşr yazır ki, bu məlumatı dolayısı ilə Balkan ölkəsinin prezidenti Aleksandr Vuçiç də təsdiqləyib. Onun sözlərinə görə, Belqrad faktiki olaraq 800 milyon avro dəyərində silah satıb, lakin onları heç vaxt münaqişənin birbaşa iştirakçılarına - Moskva və Kiyevə çatdırmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
afn.az

1Mənbələr