AZ

PSJ-nin Mbappeyə 100 milyon avro borcu var


“Paris Saint-Germain” (PSJ) klubunun keçmiş hücumçusu Kilian Mbappeyə 100 milyon avro borcu var.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Bildirilir ki, yaxın vaxtlarda fransalı forvardın nümayəndələri problemi həll etmək üçün PSJ rəhbərliyi ilə görüşməlidir. Klubun futbolçuya iki aylıq maaş və bonuslar daxil olmaqla bütün məbləği ödəyəcəyi güman edilir.
Mbappe 7 ilini keçirdiyi PSJ-dən ayrılacağını bu ilin mayında açıqlayıb. İyunun 3-də hücumçunun “Real Madrid”lə müqavilə imzaladığı rəsmən açıqlanıb.
Qeyd edək ki, futbolçu hazırda Fransa millisinin tərkibində Avro-2024-də iştirak edir. Qrup mərhələsinin Avstriya ilə ilk oyununda burnu sınıb, Hollandiya ilə ikinci oyunu buraxıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
yeniavaz.com

2Mənbələr