AZ

“Üçüncü Qarabağ müharibəsinin başlaması ehtimalı qeyri-realdır”

Zərdüşt Əlizadə: “Azərbaycan qüvvələr balansındakı kəskin üstünlüyünü qorumaqdadır”

 

“Fransanın Ermənistana göstərdiyi hərbi yardım fonunda Üçüncü Qarabağ müharibəsinin başlaması ehtimalı qeyri-realdır”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, Azərbaycan Ermənistan qarşısındakı əzici üstünlüynü qorumaqdadır və belə bir şəraitdə İrəvanın silaha əl atması inandırıcı görünmür:

 

“Fransanın İrəvana göstərdiyi hərbi yardım Azərbaycanla Ermənistan arasındakı qüvvələr balansına təsir göstərmək iqtidarında deyil. Azərbaycanın Ermənistan qarşısındakı hərbi üstünlüyü kifayət qədər böyükdür və İrəvan da bunun fərqindədir. Belə olan təqdirdə İrəvanın Azərbaycana qarşı hərbi müstəvidə hansısa addım atmağa cəsarət edəcəyi inandırıcı görünmür.

 

Azərbaycanın da müharibə niyyəti yoxdur və bunun üçün hər hansı səbəb də mövcud deyil. Azərbaycan işğaldakı torpaqlarını azad edib və bu gün o torpaqlarda geniş quruculuq işləri aparmaqdadır. Yəni müharibə üçün heç bir səbəb yoxdur”.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
moderator.az

1Mənbələr