AZ

Husilər ABŞ-ın təyyarə gəmisinə hücum ediblər

Yəmən Husi ordusunun sözçüsü Yəhya Saria üsyançı Ənsar Allah hərəkatının üzvlərinin Qırmızı dənizdə ABŞ-ın "Dwight Eisenhower" təyyarədaşıyan gəmisinə raket zərbələri endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözləri Al Masirah” telekanalında yayımlayıb.

Saria bildirib ki, təyyarədaşıyan gəmi Qırmızı dənizin şimalında ballistik və qanadlı raketlərlə hücuma məruz qalıb.

Husi sözçüsü "əməliyyat öz məqsədlərinə uğurla nail oldu" dedi.

Saria bildirib ki, üsyançı qüvvələr Ərəbistan dənizində "Transworld Navigator" yük daşıyıcısına da hücum ediblər. Hücumlar ballistik raketlərlə həyata keçirilib.

O qeyd edib ki, ticarət gəmisinə hücum “işğal olunmuş Fələstin limanlarına keçid qadağasının pozulması” səbəbindən baş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
operativmm.az

3Mənbələr