AZ

Patruşev: Rusiyanın guya NATO ilə döyüşmək planlarına dair yalanlar...

Rusiyanın NATO ölkələri ilə guya döyüşmək planları barədə yalanlar ABŞ, Böyük Britaniya və Avropanın onlarla elmi institutu tərəfindən qərbdə siyasi gündəmi təyin edənlərin nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmasını təmin etmək məqsədi ilə uydurulur. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi və Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü Nikolay Patruşev "Nasionalnaya oborona” jurnalı üçün məqaləsində bildirib.

"Keçmiş yalançıların davamçıları bu gün ABŞ, İngiltərə və Avropanın onlarla elmi institutlarında çalışırlar ki, onlar kinli anti-Rusiya nəzəriyyələri inkişaf etdirir və xəbərlər üçün nağıllar icad edirlər”, - deyə prezidentin köməkçisi bildirib.

Patruşev əlavə edib ki, indi Rusiyanın guya Şimali Atlantika Alyansı ilə hərbi əməliyyatlar keçirməyi planlaşdırdığına dair bəyanatlar getdikcə daha çox eşidilir. Rusiya Təhlükəsizlik Şurasının üzvünün fikrincə, kollektiv Qərb nəinki Avropanı deazizasiya işini başa çatdırmayıb, həm də Vaşinqton və Londonun təhriki ilə yenidən Rusiya Federasiyasına qarşı istifadə olunan nasizmi canlandırıb.

Prezidentin köməkçisi vurğulayıb ki, kollektiv Qərb "azadlıq və demokratiya” çərçivəsində ritorikasını davam etdirir, lakin eyni zamanda, ABŞ və Böyük Britaniyanın Avropada rəsmi və kölgə liderləri faşist və nasist ideologiyasına əvvəlki dəstəklərinə qayıdıblar.

Alpər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
qaynarinfo.az

1Mənbələr