AZ

Gürcüstan - Çexiya matçının ən yaxşı oyunçusu bəlli olub

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Gürcüstan - Çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcüstanlı qapıçı Giorgi Mamardaşvili qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Qolkiper 11 dəfə komandasını qoldan xilas edib.

Qeyd edək ki, görüş heç-heçə yekunlaşıb - 1:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
9
ikisahil.az

10Mənbələr