AZ

“Makkabi”nin heyətində Bakıya tanış sima gələcək

Konfrans Liqasında mübarizə aparacaq “Sabah” ikinci təsnifat mərhələsində İsrail təmsilçisi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Premyer Liqanın bürünc medallarının sahibi Hayfa “Makkabi”si ilə qarşılaşacaq.

Rəqibin heyətində ən məşhur sima kapitan Lior Rafaelovdur.

Azərbaycanlı futbolsevərlərə yaxından tanış olan ad isə Kenni Sayefdir. Laurentsiu Regekampfın dönəmində “Neftçi”yə cəlb olunaraq ilyarım ağ-qara formanı geyinən 30 yaşlı yarımmüdafiəçi bu ilin əvvəlindən Hayfa klubunun şərəfini qoruyur.

Ölkə publikasının tanıdığı Sayefin müəyyən aradan sonra yenidən Azərbaycanda meydana çıxmasının tribunalar tərəfindən necə qarşılanacağı maraq doğuracaq.

“Sabah”la “Makkabi” arasında ilk oyun iyulun 25-də səfərdə, avqustun 1-də Bakıda keçiriləcək.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
sportinfo.az

1Mənbələr