AZ

Ukrayna üçüncü tərəflər vasitəsilə Serbiyadan sursat ALIB 

Ukrayna üçüncü tərəflər vasitəsilə Serbiyadan təxminən 800 milyon avro dəyərində silah-sursat alıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşr yazır ki, Serbiya prezidenti Aleksandar Vuçiç bu məbləğin iki-üç il müddətinə tədarük edildiyini bildirib.

“Bəli, biz sursatlarımızı ixrac edirik. Biz onları Ukraynaya və ya Rusiyaya ixrac edə bilmərik, lakin bizim amerikalılarla, ispanlarla, çexlərlə və başqaları ilə silah tədarükünə dair çoxlu müqavilələrimiz var. Nəticə etibarı ilə biz satirıq, amma həmin silahlarla nə edəcəklərinə isə ölkələr özləri qərar verirlər, bu, onların işidir”, - Serbiya lideri deyib.

Vuçiç qeyd edib ki, satdıqları sursatın haraya göndərildiyini bilsə belə, “bu, onun işi deyil”.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
bizim.media

1Mənbələr