AZ

Qeyri-etik hərəkətlər edən daha bir şəxs saxlanıldı - YENİLƏNİB

Paytaxtın Nizami rayonu ərazisində mənzillərin pəncərəsindən baxaraq qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırmalarla həmin şəxsin 42 yaşlı Pünhan Cabbarov olması müəyyən edilərək saxlanılıb.

Müvafiq qərarla P.Cabbarov 30 gün müddətinə inzibati qaydada həbs edilib.

***13:51

Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
46
bakivaxti.az

10Mənbələr