AZ

ABŞ Yunanıstnaı Türkiyəyə qarşı silahlandırır

ABŞ Yunanıstnaı Türkiyəyə qarşı silahlandırır və Afinaya 35 ədəd supermüasir F-35 qırıcı bombardmançı təyyarə satacaq.

Yunanıstan ABŞ-dan 35 ədəd supermüasir F-35 qırıcı təyyarəsi almağa hazırlaşır. Bununla bağlı Yunanıstan parlamentinin gələn həftə silah alış-satışı barədə müvafiq anlaşmanı ratifikasiya edəcəyi gözlənilir.

F-35 supermüasir qırıcı təyyarələri radar üçün demək olar ki, gözəgörünməzdir və onu asanlıqla vurmaq olmur.

Qeyd edək ki, F-35 qırıcı təyarələrinin hazırlanmasında həm maliyyə, həm də texniki baxımdan Türkiyə də iştirak edib və bu çərçivədə Ankara 35-40 belə təyyarə almalı idi. Lakin ABŞ Türkiyənin Rusiyada S-400 raketlərini almasını bəhanə edərək bu təyyarələri Ankaraya satmaqdan imtina etdi.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
oxumeni.az

1Mənbələr