AZ

Yunan ulduz zədədən qayıtmağa yaxındır

Yunanıstan basketbolunun meqaulduzu Yannis Antetokumpo tam sağalmağa yaxındır.

Millinin baş məşqçisi Vassilis Spanulisin sözlərinə görə, “Miluoki”nin ulduz forvardı yaxın günlərdə məşqlərini tam bərpa edəcək.

Cümə günü keçirilən Polşa ilə yoldaşlıq görüşünü Yannis buraxıb (78:73).

Xatırladaq ki, aprelin əvvəlində Yannis baldırından zədə alıb, məh zbu səbəbdən də o, MBA-da pley-off mərhələsində tam gücü ilə oynaya bilməyib. Komandası isə seriyada “İndiana Peysers”ə məğlub olaraq ilk raundda mübarizədən kənarda qalıb.

Qeyd edək ki, Yunanıstan Olimpiya oyunlarının basketbol üzrə seçmə turnirlərindən birinə ev sahibliyi edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
futbolinfo.az

1Mənbələr