AZ

Astanada çoxmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB

Qazaxıstanın paytaxtı Astanada çoxmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Dinara Nurqaliyeva məlumat verib.

“Xilasedicilər əraziyə baxış keçirməyə davam edirlər. Bu vaxta qədər ölən və yaralananlar barədə məlumat daxil olmayıb”, - o bildirib.

Onun sözlərinə görə, binanın yaşayış sahəsi 8 min kvadratmetrdən çoxdur, ilkin yanğın sahəsi 180 kvadratmetrdir.

***

15:39

Qazaxıstanın paytaxtı Astanada çoxmərtəbəli bina yanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Kazinform" ölkənin Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat yayıb.

Bina inzibati və qismən yaşayışlıdır. İlkin məlumatlara görə, xarici örtüyü yanır.

Bildirilib ki, yanğının söndürülməsinə 16 texnika və 72 canlı qüvvə cəlb olunub.

Hadisə yerində qərargah yaradılıb. Evakuasiya aparılır. Hazırda FHN-nin xilasediciləri 1-i uşaq olmaqla 8 nəfəri təxliyə ediblər.

Ölənlər barədə məlumat yoxdur.(report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
5
bakivaxti.az

6Mənbələr