AZ

Polşa müxalifəti referendum üçün imza toplayacaq

Polşanın ən böyük müxalifəti və keçmiş hakim partiyası Qanun və Ədalət (PiS) sentyabr ayında ölkədə Aİ miqrasiya paktının icrasından birtərəfli qaydada imtinaya dair referendumun keçirilməsi lehinə imza toplamağa başlayacaq.

“İki sahil” xəbər verir ki, bunu partiyanın lideri Yaroslav Kaçinski Putusk şəhərində tərəfdarlarının toplantısında deyib.

"Sentyabr ayından etibarən biz, miqrasiya paktından çıxmaq tələbi ilə yeni referendumun keçirilməsi lehinə imzalar toplayacağıq", - deyə PiS X platformasında onun sözlərini paylaşıb.

Bundan əvvəl respublikanın baş naziri Donald Tusk bildirmişdi ki, Polşa Aİ-nin miqrasiya siyasəti ilə bağlı yeni paktı çərçivəsində qeyri-qanuni miqrantları qəbul etməyəcək: Onun müddəaları Varşavaya bunu etməyə imkan verir”.

Qeyd edək ki, mayın 14-də Aİ Şurası nəhayət, Aİ-nin bütün miqrasiya standartlarının sərtləşdirilməsini özündə əks etdirən Miqrasiya və Sığınacaq üzrə Paktı təsdiqləyib. 2015-ci ildən bəri görülən bu geniş islahatlar paketi, digər məsələlərlə yanaşı, sığınacaq üçün heç bir aydın iddiası olmayan miqrantlar üçün sərhəd filtrasiya düşərgələrinin yaradılması prinsiplərini təqdim edir. Bunun onların sonradan Aİ hüdudlarından kənara deportasiya edilməsini asanlaşdıracağı düşünülür.

Pakt həmçinin sığınacaq və ya yaşayış icazəsi verilməyən bütün digər şəxslərin Avropa ölkələrindən qovulması prosedurunu sadələşdirir. Eyni zamanda, miqrantların Aİ ölkələri üzrə kvota məskunlaşması tətbiq edilir ki, bu da onların saxlanması üçün xüsusi fonda müəyyən rüsum ödənilməklə, bundan imtina edilə bilər. Bu tədbirlərdən əldə olunan gəlirlər Aİ sərhədlərinin və miqrasiya düşərgələrinin təchiz edilməsinə yönəldilməlidir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
ikisahil.az

1Mənbələr