AZ

Fitch Gürcüstanın reytinqini endirdi - SƏBƏB

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Gürcüstanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqi (IDR) üzrə proqnozu “müsbət”dən “stabil”ə endirib və reytinqi “BB” səviyyəsində təsdiqləyib.

Musavat.com agentliyin açıqlamasına istinadən xəbər verir ki, reytinq üzrə proqnozun pisləşməsi 2024-cü ilin mayında Gürcüstan hakimiyyəti tərəfindən Xarici Təsirlərin Şəffaflığı haqqında qanunun qəbul edilməsi və həyata keçirilməsi ilə əlaqədar artan siyasi risklə bağlıdır ki, bu da siyasi qeyri-müəyyənliyin artmasına səbəb olub, genişmiqyaslı etirazlarla nəticələnib. Agentlikdə hesab edirlər ki, 2024-cü ilin oktyabrına təyin edilmiş parlament seçkiləri ərəfəsində siyasi gərginlik daha da güclənə bilər. Artan sosial qütbləşmə və hökumət institutlarına inamın zəifləməsi Gürcüstanın idarəçilik sisteminə mənfi təsir göstərə bilər: "Qanun həmçinin Aİ və ABŞ ilə münasibətləri kəskin şəkildə pisləşdirib və Aİ-yə üzvlük prosesini ləngidə bilər”.

Fitch həmçinin Gürcüstanın beynəlxalq ehtiyatlarının 2023-cü ilin avqustunda 5,4 milyard dollar olan zirvədən 2024-cü ilin may ayının sonunda 4,6 milyard dollara qədər azaldığını, ümumiyyətlə, əlverişli makroiqtisadi şəraitə baxmayaraq, qeyd edir. Fitch-in fikrincə, bu, qanunun qəbulundan sonra ABŞ dollarına nisbətdə 7 faiz ucuzlaşan lariyə artan təzyiqləri yumşaltmaq üçün Gürcüstan Milli Bankının cari hesab kəsirinin genişlənməsini, yüksək suveren borc ödənişlərini və 168,7 milyon dollar valyuta satışını əks etdirir. Agentlik hesab edir ki, siyasi qeyri-müəyyənlik bütün seçki dövrü ərzində lari və ehtiyatlara təzyiq göstərə bilər.

Fitch həmçinin hesab edir ki, BVF-nin Gürcüstan üçün əvvəllər dayandırılmış kredit proqramının oktyabr seçkilərinə qədər hökumətin fondla dövlət müəssisələrinin transformasiyası ilə bağlı fikir ayrılığı və hökumətin institusional müstəqilliyinin gücləndirilməsinə yönəlmiş islahatların ləngiməsi səbəbindən bərpa ediləcəyi ehtimalı yoxdur.

Agentlikdə hesab edirlər ki, MBQ-nin müstəqilliyi üçün nəzərdə tutulan risklər onun siyasətlərinə inamı sarsıda, Gürcüstanın kiçik, açıq və dollarlaşan iqtisadiyyatının xarici şoklara effektiv cavab vermək qabiliyyətini potensial olaraq zəiflədə bilər. Sanksiyaların tətbiqi ilə bağlı tənzimləyici dəyişikliklər də Gürcüstan bankları üçün qeyri-müəyyənliyi artırıb.

Agentlik reytinqin təsdiqlənməsinə təsir edən amillər sırasında 2024-2026-cı illərdə ÜDM-in 41 faizindən çox olmayacağı proqnozlaşdırılan dövlət borcunun mülayim səviyyəsini və sabit büdcə göstəricilərini müəyyən edib. Fitch, ümumi hökumət büdcə kəsirinin 2023 və 2024-cü illərdə ÜDM-in 2,5 faizindən 2025-ci ildə 2,1faizinə qədər azalacağını gözləyir.

Bundan əlavə, agentlik ölkənin güclü ÜDM artımını qeyd edib ki, bu da 2024-cü ildə 5,8 faiz, 2025-2026-cı illərdə isə orta hesabla 5 faiz səviyyəsində qiymətləndirilir.

Agentlik Gürcüstanda nisbətən aşağı, lakin artan inflyasiya gözləyir. İnflyasiyanın bu il MBQ-nin 3 faizlik hədəfini keçərək 2024-cü ilin sonuna 3,8 faizə, 2025-ci ilin sonuna isə 4,1 faizə çatacağı proqnozlaşdırılır ki, bu da larinin 2024-cü ildə devalvasiyasının təsirini qismən əks etdirir. Bununla belə, Fitch 2025-ci ilin sonuna qədər pul siyasətinin nisbətən sərt qalacağını gözləyir.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
musavat.com

1Mənbələr