AZ

Ukrayna hərbçiləri Vaşinqtonun icazəsinə şübhə ilə yanaşır

Ukrayna

ABŞ-nın Rusiya ərazisinə zərbələr endirmək icazəsi rusların Ukraynaya hücumlarının sayını azaldıb. Rusların hücumlarının əhatə dairəsi məhdudlaşdığı üçün Ukraynanın Rusiyaya məxsus əsas aerodromları vurmasının qarşısını alıb.

Reyting.az
“Washington Post”a istinadla xəbər verir ki, iki ukraynalı rəsminin sözlərinə görə, ABŞ-nın Ukraynaya sərhəddən 100 kilometrdən artıq Rusiya dərinliklərinə atəş açmağı qadağan edib. Birləşmiş Ştatlar isə ukraynalıların bu iddiasının doğru olmadığını bildirir.

Pentaqonun sözçüsü mayor Çarli Dits deyib ki, Birləşmiş Ştatlar, Rusiya qoşunlarının Ukrayna ərazisini ələ keçirməyə cəhd etdiyi yerlərdə Rusiya ərazisini ABŞ tərəfindən verilən silahlarla vurmağa razılaşıb: “Bu, coğrafiyaya və ya müəyyən radiusa aid deyil, lakin Rusiya öz ərazisindən Ukraynaya hücum edərsə və ya hücum etmək üzrədirsə, Ukrayna sərhədi keçərək ona hücum edən qüvvələrə cavab vermək imkanına malikdir”.

Onun sözlərinə görə, Rusiya təyyarələri Ukrayna hava məkanını atəşə tutarsa, Ukrayna tərəfi ABŞ-nın verdiyi hava hücumundan müdafiə sistemlərindən istifadə edə bilər.

Eyni zamanda, nəşr yazır ki, ukraynalı hərbçilər Ağ ev və Pentaqon nümayəndələrinin bəyanatlarından belə bir hərəkət azadlığına malik olduqlarına inanmırlar.

Xarkov meri İqor Terexovun sözlərinə görə, Amerika məhdudiyyətlərinin aradan qaldırılmasından sonra şəhərdə vəziyyət xeyli dəyişib. Bununla belə, mer deyib ki, onun şəhəri daima Rusiya təyyarələrindən atılan planer bombaların təhlükəsi altında qalmaqdadır.

Onlar adətən Rusiya sərhədindən 15 mil kənarda düşürülür, lakin təyyarələr ABŞ-nın təsdiq etdiyi zərbə məsafəsindən çox uzaqda yerləşən bazalardan qalxır.

“Hələlik rəsmilər deyirlər ki, Ukraynanın Rusiya planer bombalarının hücumlarının qarşısını ala bilməməsi ABŞ siyasətində başqa cür təsirli olan dəyişikliyin əsas qüsurudur”, - nəşr qeyd edir.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
reyting.az

1Mənbələr