AZ

Tatami əfsanəsi yarışdan çəkilib

Perunun paytaxtı Limada cüdo üzrə "Рanamerican Open" turniri start götürüb.

İdman.biz xəbər verir ki, bu, cüdo təqvimində oyundakı son yarışdır.

Turnir əfsanəvi Teddi Rinerin iştirakı ilə əlamətdar olmalı idi. Lakin üçqat olimpiya çempionu yarışa qatılmaq fikrindən daşınıb.

Bu il Mərrakeş və Madriddə çempionluq yaşayan fransalı reytinq xalları qazanmağı planlaşdırırdı. Lakin +100 kq çəkidə cəmi üç cüdoçunun sifariş olunması Rinerin qərarını dəyişməsinə səbəb olub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
idman.biz

1Mənbələr