AZ

Dövlət işçilərinə və sahibkarlara əlilliyi olan qadınlarla davranış qaydası ilə bağlı təlim keçilib

“Yeni Gundem” xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrası uğurla davam etdirilir.

Layihə çərçivəsində dövlət qurumlarının nümayəndələrinə Bakı şəhərində növbəti təlim təşkil olunub. Bu barədə media nümayəndələrinə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova məlumat verib.

“Təlim gün ərzində, peşəkar təlimçi Etika Akademiyasının direktoru Günel İbrahim tərəfindən keçilib. Məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə münasibətin dəyişməsi, zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılmasıdır”, – QHT sədri bildirib.

İştirakçı dövlət qurumlarının əməkdaşları, iş adamları, sahibkarlar maraqlı və önəmli təlimin təşkilindən məmnunluqlarını bildiriblər. Onu da deyək ki, 27 nəfərin qatıldığı təlim sabah da davam edəcək.

Qeyd edək ki, layihənin ümumi məqsədi, yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlilliyi olan qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həlli ilə bağlı yeganə qlobal qrantvermə mexanizmdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
yenigundem.az

1Mənbələr