AZ

Azərbaycanda Facebookda reklam üçün kim nə qədər pul xərcləyib? – SİYAHI

Araşdırmaçı jurnalist Allahverdi Aydın maraqlı bir məsələni üzə çıxarıb. Tribunainfo.az xəbər verir ki, o, Azərbaycanda Facebook üzərindən reklama kimlərin və hansı qurumların nə qədər pul xərclədiyini açıqlayıb.

Bu barədə qeyd edilir ki, Azərbaycanda Facebook-da ən çox pul xərcləyən şəxs “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyevdir. “Son 90 gündə sosial və siyasi məzmunlu 25 postun reklamı üçün 543 dollar xərcləyib. Yəni, bir post üçün ortalama 22 dollar”.

Jurnalist bildirir ki, ikinci sırada AXCP sədri Əli Kərimli dayanır. “Son 90 gündə 45 post üçün 286 dollar xərcləyib. Bir post üçün ortalama 6,4 dollar”.

Bu sırada üçüncü yeri Elnur Allahverdiyev tutur. O, 10 post üçün 196 dollar xərcləyib.

Siyahıda partiya sədri Fərəc Quliyev, Vahid Mustafa və Anar Məmmədov da var. Onlar da adambaşına 100 dollar xərcləyiblər.

Tribunainfo.az bildirir ki, Allahverdi Aydın həmçinin media quruluşlarının da nə qədər pul xərclədiklərini də araşdırıb. Məlum olub ki, reklam üçün ən çox pul paylayanlar arasında ilk iki yeri Caliber.az saytı və REAL TV tutur. Caliber saytı 3796 dollar, REAL TV isə 3099 dollar sərf ediblər.

Xatırladaq ki, bizdən fərqli olaraq Facebook-un “vətənində” siyasətçilər paylaşımlarını daha çox adamın görməsi üçün milyonlar xərcləyirlər. Son 90 gün ərzində ABŞ prezidenti Bayden Facebook-da 9 milyon 522 min 852 dollar, Tramp isə 877 min 788 dollar pul xərcləyib. Yəni, Bayden bir postun reklamına 1298, Tramp isə 1 055 dollar sərf edib.

Ümumiyyətlə, Bayden son 6 ildə (2018-24) Facebook-da 234 min post üçün 122 milyon dollar xərcləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
tribunainfo.az

1Mənbələr