AZ

Mbappe Avropa çempionatı zamanı yoxlama oyununda iştirak edə bilər

Mbappe

Bakı, 22 iyun, AZƏRTAC

Avropa çempionatının ilk turunun Avstriya ilə matçında burnu sınan Fransa yığmasının üzvü Kilian Mbappe yoxlama oyununa çıxa bilər.

AZƏRTAC xəbər verir ki, bu qərar 26 yaşlı hücumçunun qoruyucu maskaya öyrəşməsi üçün məşqçilər heyəti tərəfindən qəbul olunub.

Forvardın Almaniyanın “Paderborn” klubunun ikinci komandası ilə keçiriləcək yoxlama görüşündə iştirak etmək ehtimalı yüksəkdir. Baş məşqçi Didye Deşam həmin matçda əsasən Avro-2024-ün oyunları zamanı start heyətində yer almayan futbolçulara şans verəcək. Görüş bu gün baş tutacaq.

Xatırladaq ki, xüsusi maskada məşqlər keçən Kilian Mbappe Fransanın ötən gün Niderlandla qolsuz heç-heçə başa çatan qarşılaşmada meydana çıxmayıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
azertag.az

2Mənbələr