AZ

Bakı Piano Festivalı fransalı ifaçı Eliyanın konserti ilə melomanları sevindirib - VİDEO - FOTO

Bakı Piano Festivalı fransalı ifaçı Eliyanın konserti ilə melomanları sevindirib. Eliyanın üslubu caz və pop romantizmini birləşdirən maraqlı fenomendir. Müğənni, bəstəkar və pianoçu Elia romantik kompozisiyaları və müxtəlif musiqi üslublarının heyrətamiz ahəngdar və rəvan birləşməsi ilə tamaşaçıları məftun etdi.

Konsertin finalı Azərbaycan musiqi əsərlərinin ifası olub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Konsert tamaşaçılarını xüsusilə əfsanəvi "Sarı gəlin" heyran edib.

Konsert alqış fırtınası ilə başa çatıb. Tamaşaçılar gül dəstələri və hərarətli alqışlarla sənətçiyə təşəkkürlərini uzun müddət buraxmaq istəməyiblər.

Bakı Piano Festivalı təkcə virtuoz pianoçuların sehri deyil, həm də festivalın özüdür. Burada hər bir tamaşaçı öz sevimlisini tapa bilər: klassik musiqidən tutmuş Braziliya sambasına və flamenkoya qədər istənilən musiqisevər üçün əla seçimdir. Festival iyunun 29-u daxil olmaqla davam edəcək.

Festivalın şüarı: May piano inspire you!

Haştaqlar: #bakupianofest #bakupianofestival

Festivalın veb saytı: https://bakupianofestival.com/

Biletlər: https://iticket.az/ru/events/3rd-baku-international-piano-festival

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
milli.az

1Mənbələr