AZ

Türkiyədən zərbə əmri: İran və ABŞ Ankaranın səbrini tükətdi

ABŞ və İranın terror təşkilatı PKK-yə PUA və raketlər göndərməsi, Ankaranın səbrini tükəndirdi. Ankara bundan sonra terror təşkilatına göndəriləcək silahlara səssiz qalmayacaq.

Ölkə.Az "yenişafaq"a istinadən xəbər verir ki, ABŞ terror təşkilatı PKK-nin Suriya qolu olan YPG-yə iki ədəd hava hücumundan müdafiə sistemi verib. 

Nəşrin yazdığına görə, ABŞ son 2 ayda terror təşkilatı PKK-yə çoxlu silah-sursat göndərməsi üzə çıxıb və bu silah-sursat daşımaları KYB ilə əməkdaşlıq nəticəsində həyata keçirib.

Əldə edilən məlumatlara görə, Süleymaniyyədəki hava limanına İran kamikadze PUA-lar, Almaniya isə bəzi texniki hissələri göndərib və təşkilat üçün təlimlərin hava limanında keçirildiyi müəyyən edilib.

"Yeni Şafak"ın yazdığına görə, terrorçulara silah-sursat mülki təyyarə ilə Süleymaniyyə hava limanına göndərilib.

Ankara artıq terror təşkilatına göndərilən silahlara biganə qalmayacaq. PKK/YPG-yə silah daxil olmaqla hər hansı yükü aşkar edərsə, o zaman bunun qarşısını almaq üçün  müdaxilə edəcək və lazım gələrsə, ən sərt cavab kimi, həmin silah- sursat hava zərbələri ilə məhv ediləcək. Bununla bağlı Türkiyə Silahlı Qüvvələrinə göstəriş də verilib.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
olke.az

1Mənbələr