AZ

Astanada çoxmərtəbəli bina yanır


Qazaxıstanın paytaxtı Astanada çoxmərtəbəli bina yanır.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, Qazaxıstan FHN-in bölmələri Astanada yerləşən 26 mərtəbəli hündürmərtəbəli binada baş vermiş yanğını söndürür.
Nazirliyin məlumatına görə, yanğın 26-cı mərtəbədə baş verib. Yanğının söndürülməsinə 16 texnika və 72 canlı qüvvə cəlb olunub. İndiyədək 1-i uşaq olmaqla 8 nəfəri təxliyə edilib.
Ölənlər və yaralananlar barədə məlumat verilməyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
yeniavaz.com

1Mənbələr