AZ

İlk dəfə olaraq Kanada “Senator“unu vurdular

"Ukrayna hərbçiləri son 24 saat ərzində Kanada istehsalı olan Senator zirehli döyüş maşını itiriblər".

News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov iyunun 22-də keçirdiyi brifinqdə məlumat verib.

O, qeyd edib ki, “Senator” zirehli maşını “Vostok” qoşun qrupunun əməliyyatı zonasında məhv edilib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri burada bir gün ərzində 140-dan çox əsgərini, 4 texnikasını, Britaniya istehsalı olan FH-70 haubitsasını, ABŞ istehsalı olan M198 haubitsasını və Bukovel-AD elektron döyüş stansiyasını itirib.

Qeyd edilir ki, ilk dəfədir Müdafiə Nazirliyi Kanada istehsalı olan "Senator" zirehli maşınının məhv edilməsi barədə məlumat yayır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
news365.az

1Mənbələr